Bu 2 marşrutdan istifadə edənlər, DİQQƏT! Dəyişiklik var – SXEMbackend

Bu 2 marşrutdan istifadə edənlər, DİQQƏT! Dəyişiklik var - SXEM

Bakıda iki marşrut avtobusun hərəkət istiqamətləri dəyişdiriləcək.

KONKRET.AZ xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, Abbasqulu Abbaszadə küçəsində aparılacaq təmir işləri ilə əlaqədar tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 3 və 31 nömrəli marşrutların hərəkət istiqamətləri müvəqqəti dəyişdiriləcək.

3 nömrəli marşrut: Parlament prospekti – İzzət Nəbiyev küçəsi – Mikayıl Müşfiq küçəsi daha sonra öz xətti üzrə.

31 nömrəli marşrut: “İçərişəhər” metro stansiyası istiqamətində Badamdar şosesi – Mikayıl Müşfiq küçəsi daha sonra öz xətti üzrə.

Badamdar qəsəbəsi istiqamətində Mikayıl Müşfiq küçəsi – Badamdar şosesi daha sonra öz xətti üzrə.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*