“Bu açıqlamaya hibrid müharibənin tərkib hissəsi kimi baxa bilərik” – ŞƏRHbackend

"Bu açıqlamaya hibrid müharibənin tərkib hissəsi kimi baxa bilərik” - ŞƏRH

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ABŞ Rusiya hərbçilərini Ukraynada kimyəvi, bioloji və ya nüvə silahlarından istifadə etməkdə ittiham etmək üçün təxribatlar hazırlayır. Məlumata görə, Xarkov və Kiyevdəki kimyəvi və bioloji obyektlərdə təxribat variantı ən çox ehtimal olunandır.

Bəs görəsən, Rusiya MN-nin yaydığı bu məlumat nə dərəcədə reallığı əks etdirir? ABŞ həqiqətən də Ukraynada Rusiya üçün təxribat hazırlayırmı?

Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq İlyas Hüseynov bildirib ki, Rusiya-Ukrayna savaşı fonunda biz inforrmasiya müharibəsinin qızışdığının şahidi oluruq: “Müharibə başlayandan qarşılıqlı olaraq ittihamlar səsləndirilir. Eyni zamanda müxtəlif qarayaxma və böhtan xarakterli çıxışlar özünü açıq şəkildə göstərir. Əslində informasiya müharibəsi hərbi əməliyyatların önünə keçə bilib. Bu xüsusda ABŞ və Rusiya arasında gərgin svaşın getdiyini müşahidə edirik. İlk günlərdən Ukraynada baş verən proseslərə görə Rusiya ABŞ-ı ittiham etmişdi. Əslində Ukrayna ərazisi proksi məkan (Proxy server həm İnternetə, həm də kompüterinizə bağlı olan başqa bir kompüterdir və öz IP adresinə malikdir) kimi seçilib. Rusiya hərbi toqquşmalara müharibə kimi yox, xüsusi əməliyyat kimi yanaşır. Digər tərəfdən Üçüncü Dünya Müharibəsi riski də çox yüksəkdir. Nüvə müharibəsi təhdidləri göz qabağındadır. Müharibə Rusiya ilə Ukrayna yox, Moskva və Vaşinqton arasında gedir”.

İlyas Hüseynov: Paşinyanın deyə bilmədiyini Tatoyanın söyləməsi digər  qüvvələrin istəyi kimi sezilir FOTO - "İki sahil"

Politoloqun fikrincə, Rusiya Müdafiə Nazirliyinin bu açıqlamasına hibrid müharibənin tərkib hissəsi kimi baxa bilərik: “Hazırda Qara dənizə çıxışı olan ərazilərdə hərbi əməliyyatlar həyata keçirilir. Mariupol uzun müddətdir ki, mühasirədədir. Şəhər əhalisi müqavimət göstərir. Rusiyanın burada kimyəvi və bioloji silahlardan istifadə etməsinə dair daha əvvəl də məlumatlar sızmışdı. Rusiya isə Ukraynanın burada kimyəvi silah işlətdiyini açıq şəkildə bəyan edir. Lakin müharibənin gedişi onu göstərir ki, məlumatlar və bəyanatlar mətbuata sızdıqdan dərhal sonra reallaşır. Sanki ictimai rəyi hazırlamaq üçün zəmin formalaşdırılır. Hadisə baş verdikdən sonra qarşı tərəfin günahlandırılması prosesi gedir. Ona görə də bütün bunları nəzərə almaq və hadisənin miqyasını dəqiq bilmək lazımdır. Qadağan olnumuş silahlardan istifadə etmək Cenevrə konvensiyasının pozulmasıdır. Bu konvensiyaya riayət edilmədiyini biz müharibənin gedişatından görürük. Rusiya qarşıya qoyduğu hədəfə mümkün qədər tez çatmaq niyyəti daşıyır. Buna görə də hər şey edir. Ukraynada kimyəvi və bioloji silahlardan istifadə etməklə ərazinin və relyefin çirklənməsi gündəmə gələcək. Bu silahlar kütləvi qırğın silahlarıdır. İndi ittiham xarakterli yayılan məlumatlar və atılan addımlar sonrakı proseslərdən sığortalnmaq məqsədi güdür. Lakin bu silahlardan istifadə region üçün yaxşı heç nə vəd etmir. Ümumilikdə nazirliyin bu açıqlamasında hibrid müharibənin tərkib hissəsi kimi baxa bilərik”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*