Bu dərman ölüm riskini azaldacaqbackend

Bu dərman ölüm riskini azaldacaq

Amerikalı alimlər müəyyən ediblər ki, pis xolesterinin miqdarını azaltmaq üçün xəstəxanada statin preparatlarını qəbul edən xəstələrin COVID-19-dan ölüm riskləri azalıb.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, tədqiqatçıların 2020-ci ilin yanvar ayından sentyabr ayına qədər apardığı araşdırmanın nəticəsidir. Onlar ABŞ-da COVID-19-a yoluxmuş 10 000-dən çox xəstəxanaya yerləşdirilmiş xəstənin məlumatlarını təhlil ediblər.

Məlum olub ki, statin preparatları ürək xəstəlikləri və ya yüksək qan təzyiqi olan xəstələrdə daha faydalıdır.

Statinin və ya yüksək təzyiqə qarşı dərmanın qəbulu həmin xəstələr arasında COVID-19-dan ölüm riskini 32 faiz azaldır. Unikal.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*