Xidmətdən KONKRET.az-a verilən xəbərə görə, hazırda Naxçıvan, Şərur, Culfa, Ordubad, Daşkəsən, Gədəbəy, Gəncə, Şəmkir, Tovuz, Ağdam, Zaqatala, Altıağac, Quba, Bərdə, Göyçay, Zərdab, Beyləqan, İmişli, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran və Astarada qar yağır.
Göygöl, Şahbuz, Balakən, Şəki, Sarıbaş (Qax), Şamaxı, Göyçayda duman müşahidə olunur. Sözügedən ərazilərdə görünüş məsafəsi 200-500 metrədək məhdudlaşıb.