Bu gecə ilk Qədr gecəsidirbackend

Bu gecə ilk Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ilk Qədr (əhya) gecəsidir.

KONKRET.az xəbər verir ki, ilk Qədr gecəsi Ramazan ayının 18-ci gününə, yəni mayın 12-dən 13-nə keçən gecəyə təsadüf edir.

Ramazan ayının ikinci Qədr gecəsi mayın 14-də, üçüncüsü mayın 16-da və sonuncusu mayın 20-də olacaq.

Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı “Quran”ın nazil olduğu gecədir. “Qurani-Kərim” İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub.

Məlumat üçün bildirək ki, Şəvval ayının 1-i (24 may) Fitr (Ramazan) bayramıdır. Azərbaycanda Ramazan ayı aprelin 25-də başlayıb.

Qeyd edək ki, Qədr gecəsinin əməllərinin məscidlərdə icrası koronavirus pandemiyası səbəbindən qadağan edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*