Bu gün Azərbaycanda “Son zəng”dirbackend

Bu gün Azərbaycanda "Son zəng"dir

Bu gün Azərbaycanda 2023/2024-cü dərs ili başa çatır və bütün ümumi təhsil müəssisələrində “Son zəng” çalınacaq.

KONKRET.az xəbər verir ki, “Son zəng” tədbiri hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrinin idman və ya akt zallarında təşkil olunmalıdır.

Tədbirdə valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələri iştirak edə bilər.

“Son zəng” müddətində şagirdlərin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görüləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*