Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında görüş olacaq.
KONKRET.az xəbər verir ki, görüş bu gün Belçikanın paytaxtı Brüsseldə baş tutacaq.
Görüşdə Azərbaycanla Ermənistan arasında bir sıra məsələlərin həlli yolları müzakirə ediləcək.
Qeyd edək ki, Azərbaycan Prezidenti ilə Ermənistan Baş nazir Nikol Paşinyan arasında sonuncu təkbətək görüş ötən il dekabrın 15-də Brüsseldə keçirilib.
Vəsilə İbrahim,
KONKRET.az
