Fevralın 19-da günortadan etibarən havada zəif maqnit qasırğası müşahidə olunacaq.
KONKRET.az xəbər verir ki, qasırğa saat 12:00-dan etibarən aktivləşəcək.
Maqnit qasırğası saat 15:00-dək davam edəcək. 15:00-dan etibarən isə səngiyəcək.
Qeyd edək ki, güclü maqnit qasırğası insanların səhhətinə mənfi təsirdən elektronika cihazlarında nasazlığın yaranmasınadək gətirib çıxara bilir.
