Bu müharibədə 20 milyondan çox adam ölə bilər – HESABATbackend

Bu müharibədə 20 milyondan çox adam ölə bilər - HESABAT

Koreya Respublikası ilə KXDR arasında genişmiqyaslı müharibənin birinci ili qlobal iqtisadiyyata 4 trilyon dollara başa gələ bilər ki, bu da ümumi dünya ÜDM-in 3,9%-ni təşkil edir.

KONKRET.az xəbər verir ki. hipotetik ssenarinin bu cür təxminlərini Bloomberg təqdim edib.

Həmin hesablamaya görə, Koreya yarımadasında genişmiqyaslı müharibə gözlənilən deyil. Bununla belə, belə bir savaş baş verərsə, münaqişə vəziyyətində insan itkisi və iqtisadi xərclər dağıdıcı olacaq.

Agentlik iddia edir ki, bu, Ukraynada xüsusi hərbi əməliyyatın nəticələrindən iki dəfədən çox böyükdür.

Müharibədə milyonlarla insan ölə bilər. KXDR artilleriya zonasında yerləşən Seul metropolitenində təxminən 26 milyon insan yaşayır – Koreya Respublikasının əhalisinin yarısı.

Agentlik Koreya Respublikasını geosiyasi çatışmazlıq üzərində qurulmuş yarımkeçiricilər fabriki adlandırır. “Samsung Electronics” dünya üzrə DRAM çiplərinin təxminən 41%-ni və NAND yaddaş çiplərinin 33%-ni təmin edir. Cənubi Koreya korporasiyasının məhsulları həm ABŞ, həm də Çindən alınır. Seul və onun ətraf rayonları ölkənin çip istehsalının 81%-ni, sənaye istehsalının 34%-ni təşkil edir.

Agentlik hesab edir ki, yarımadada müharibə başlayacağı təqdirdə Cənubi Koreyanın yarımkeçirici fabrikləri Şimali Koreya artilleriyasının və onun yaxın mənzilli ballistik raketlərinin hədəfinə çevrilə bilər. Sonuncular təxminən 250 km məsafəyə malikdir.

Münaqişənin ilk ilində Koreya Respublikasının ÜDM-i 37,5% azala bilər. Agentliyin təhlilinə əsasən, Cənubi Koreya yarımkeçiriciləri və digər malların ixracının azalması Çinin ÜDM-nin 5% azalmasına, Amerika iqtisadiyyatının isə 2,3% azalmasına səbəb ola bilər.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*