“Bu nə deməkdir, ABŞ kimin tərəfindədir?” – Artur Xaçikyanbackend

“Bu nə deməkdir, ABŞ kimin tərəfindədir?” - Artur Xaçikyan

“Ermənistan Rusiyadan nəsə qopara bilmək üçün ağıllı addımlar atmalıdır. Sabah Rusiyanın bura gəlib problemlərimizi həll edəcəyinə ümid etmək sadəlövhlükdür”.

KONKRET.az xəbər verir ki, bunu erməni politoloq Artur Xaçikyan deyib. Siyasi ekspert bildirib ki, real nəticə əldə etmək üçün ölkəyə peşəkar diplomatlar lazımdır:

“Eləsi var səfirdir, amma diplomatiyadan anlayışı yoxdur, beynəlxalq münasibətlərin nə olduğunu anlamır. Hətta ingilis dilində də normal danışa bilmir. Əvəzində isə ölkənin kadastr sənədi ilə məşğuldurlar. Bütün bunlar küçə söhbətini xatırladır”.

Xaçikyan bildirib ki, Ermənistan özünün müttəfiqlərindən uzaqlaşaraq, Qərbin nağıllarına qulaq asmaqla məşğuldur:

“İran artıq bəyan edib ki, Ermənistanın sərhədlərinin dəyişdirilməsi müharibəyə səbəb olacaq. ABŞ isə İranın Qafqazda heç bir rol oynamasına imkan verməyəcəyini bəyan edib. Bu nə deməkdir? ABŞ kimin tərəfindədir? Bunu beş yaşlı uşaq da başa düşür. Rusiya da Ermənistanın dünya xəritəsindən silinməsində maraqlı deyil, çünki qüdrətli türk dövləti yarana biləcəyindən eytiyat edir”.

Ekspert xatırladıb ki, ABŞ və Aİ onlardan hərbi yardımın gəlməyəcəyini dəfələrlə bəyan ediblər: “Eyni zamanda Ermənistanın İrandan kömək istəmək üçün real imkanları var. İrəvan buna nail olsa, Fransa ciddi hərbi texnika tədarükçüsünə çevrilə bilər”.

O, korrupsioner təbliğatçıların əvəzinə fransızlara qulaq asmağı məsləhət görür. Onun fikrincə, onlar öz xalqını məhv etmək üçün xaricdən pul alan ermənilərdən daha vicdanlıdırlar:

“Biz erməni xalqının böyük dostu Jan Kristof Buissonla danışdıq. O, bu məsələni Fransa prezidenti Makronla şəxsən müzakirə edib. Bu adam deyir ki, Fransa Ermənistana ciddi texnika göndərə bilməyəcək, çünki Gürcüstan Türkiyənin təzyiqi ilə sərhədi bağlayacaq. Amma Fransa buna cəhd belə etməyəcək. Onlar ermənilər uğrunda ölməyə hazır deyillər”.

O qeyd edir ki, təhlükəsizlik sistemini şaxələndirmək lazımdır ki, bizimlə əməkdaşlıq edənlər bizə kömək etsinlər:

“Ancaq indiki hakimiyyət bunu edə bilmir. Xaçikyanın fikrincə, Ermənistanda hakim siyasi qüvvə ya Qərbin maraqlarını təmsil edir, ya da ölkənin gələcəyini Qərblə görür. Bu, hazırkı siyasi komandaya güvənməyən İranla hərbi əlaqəyə maneələr yaradır”.

O, əslində nə baş verdiyini anlamaq üçün Azərbaycan prezidenti İlham Əliyevin dediklərinə qulaq asmağı təklif edir. Çünki faktlar onun İrəvana öz iradəsini diktə etdiyini göstərir:

“Mən istərdim ki, xalqı birləşdirə bilən liderimiz olsun. Xalq dəyişikliyə hazırdır, amma alternativ görmür”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*