Qazaxıstan bu il aprelin 11-dən Rusiya, Özbəkistan və Qırğızıstanla quru sərhəd-keçid məntəqələrinə qoyulan məhdudiyyətləri aradan qaldıracaq.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə koronavirusun qarşısının alınması və yayılması üzrə idarələrarası komissiyanın iclasında bildirilib.
Qeyd olunub ki, Qazaxıstan dövlət sərhədinin hava yoluna dair bütün məhdudiyyətləri də aradan qaldırır.
