Bu ölkədə quş qripi yayılıbbackend

Bu ölkədə quş qripi yayılıb

Yaponiyanın Mitoyosu şəhərində quş qripi yayılıb.

KONKRET.az xəbər verir ki, bu barədə NHK telekanalı bildirib.

Yaponiyanın baş naziri Yoşihide Suqa bununla əlaqədar aidiyyəti nazirliklərə ticarətçiləri quş əti ilə bağlı maksimal ayıqlığa çağırmağı, yerlərdə məlumatların toplanmasını, epidemiyanın qarşısının alınması üçün təcili tədbirlər görməyi əmr edib.

“Kyodo” agentliyinin məlumatına görə, Kaqava prefekturasının hakimiyyəti yaxın vaxtlarda quş qripinin yayılmasına qarşı mübarizə üzrə qərargah yaradacaq.

Agentlik həmçinin bildirib ki, yerli quş fabrikində təxminən 330 min toyuq kəsiləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*