Konkret.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Rusiya Dövlət Dumasının sədri ilə görüşdə Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva bildirib ki, bu gün ölkəsində rus dili və rus ədəbiyyatının populyarlaşmasına böyük diqqət var.
Xatırladaq ki, Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodinin başçılıq etdiyi nümayəndə heyəti Özbəkistana gəlib. Bu, Rusiya Dövlət Duması sədrinin bu ölkəyə 2006-cı ildən bəri ilk səfəridir.
Senatın sədri Tənzilə Narbayeva vurğulayıb ki, Vyaçeslav Volodinin səfəri eyni zamanda Özbəkistanda mədəni və humanitar sahədə rus dili və rus mədəniyyətinin təbliğinə yönəlib.
Tənzilə Narbayeva bildirib ki, “Rus dilini, rus ədəbiyyatını və əlbəttə ki, rus mədəniyyətini ölkənin 14 bölgəsində təbliğ edəcəyik”
Konkret.az
