Bu ölkədən Rusiya oliqarxlarına AĞIR ZƏRBƏ – ƏTRAFLIbackend

Bu ölkədən Rusiya oliqarxlarına AĞIR ZƏRBƏ - ƏTRAFLI

Yeni Zelandiya Vladimir Putinə və Rusiya hökuməti ilə yaxın əlaqələri olan oliqarxlara qarşı yeni sanksiyalar tətbiq edib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Yeni Zelandiyanın xarici işlər naziri Nanaia Mahuta bildirib.

Nazir qeyd edib ki, hökümət Rusiya Prezidenti ilə yaxın əlaqələri olan daha 36 nəfərə qarşı sanksiyaları təsdiqləyib:

“Bu siyahıya Rusiyanın bəzi ən varlı iş adamları və böyük şirkətlərinin prezidentləri daxildir. Onlar Yeni Zelandiyaya gedə, aktivlərini köçürə və ya maliyyə sistemlərimizdən istifadə edə bilməyəcəklər”.

Mahuta əlavə edib ki, Rusiyaya qarşı “Sanksiya Aktı”nın ikinci mərhələsini tətbiq edəcəklər:

“Hökumətin ilk sanksiyalarında Putin, 19 təşkilat və milli təhlükəsizlik şurasının üzvləri hədəf alınıb. Bundan əlavə, 364 nəfərin Yeni Zelandiyaya səfəri qadağan edilib”.

Xatırladaq ki, Yeni Zelandiyanın baş naziri Casinda Ardern martın 21-də Ukraynaya ümumilikdə 10 milyon Yeni Zelandiya dolları (təxminən 7,6 milyon dollar) hərbi və humanitar yardım edəcəklərini açıqlayıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*