Bu Orta Asiya ölkəsi latın əlifbasına keçidin əleyhinədirbackend

Bu Orta Asiya ölkəsi latın əlifbasına keçidin əleyhinədir

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov Dövlət Dili üzrə Milli Komissiyanın sədri ilə görüşüb. Görüşdə ictimaiyyəti düşündürən əsas məsələlərdən biri – əlifbanın dəyişdirilməsi müzakirə edilib.

Konkret.az-ın Orta Asiya ölkələri üzrə bürosu dövlət başçısının mətbuat xidmətinə istinadən xəbər  verir ki, prezident qırğız əlifbasının latın əlifbasına mümkün keçidi ilə bağlı mövqeyini açıqlayıb.

Dövlət Dili üzrə Milli Komissiyanın rəhbəri Nazarkul Işekeyevlə görüşdə prezident latın əlifbasına keçməyə ehtiyac olmadığını bildirib.

“Ölkəmizin mədəni və elmi potensialı kiril əlifbasına əsaslanır və bu yöndə müəyyən uğurlara imza atıb. Lazımsız müzakirələrə vaxt itirmədən hədəflərimizə və inkişafımıza çatmaq üçün mövcud imkanlardan istifadə etməliyik”, – deyə prezident bəyan edib.

Görünən odur ki, Sooronbay Jeenbekovun prezidentliyi dövründə bu məsələ öz həllini tapmayacaq.

Konkret.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*