Bu rayonların prokurorları VƏZİFƏSİNDƏN AZAD EDİLDİbackend

Bu rayonların prokurorları VƏZİFƏSİNDƏN AZAD EDİLDİ

Azərbaycanda 5 rayonun prokuroru vəzifədən azad edilib.

KONKRET.az xəbər verir ki, bununla bağlı yeni Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, aşağıda adları qeyd olunan şəxslər təqaüdə göndərilib:

Xətai rayon prokuroru Yusif İldırımzadə,

Sabunçu rayon prokuroru Ceyhun Şirinov,

Nəsimi rayon prokuroru Salman Məmmədli,

Qəbələ rayon prokuroru Məqsəd Orucov,

Yevlax rayon prokuroru Elxan Pənahov.

Eyni zamanda Baş Prokurorluğun Maddi-texniki təminat idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Niyaz Məmişov da təqaüdə göndərilib.

Qeyd edək ki, Elxan Pənahov Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun qardaşıdır.

Sabah.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*