Bu rayonun bir hissəsində işıq OLMAYACAQbackend

Bu rayonun bir hissəsində işıq OLMAYACAQ

Xəzər rayonunun bir hissəsində işıq olmayacaq.

Bu barədə KONKRET.az-a “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, Binə qəsəbəsinin bir sıra hissəsində hava veriliş xətlərində köhnə naqillərin yenilənməsi işləri ilə əlaqədar avqustun 23 və 26-da elektrik xətləri sifarişə əsasən açılacaq.

Bununla əlaqədar olaraq, saat 10:00-dan saat 15:00-dək Binə Atçılıq ərazisi 2-ci yeni sahədə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə tam təmin olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*