“Bu, rəsmi Kreml üçün fəlakətə çevrilə bilər” – ÖZƏL AÇIQLAMAbackend

“Bu, rəsmi Kreml üçün fəlakətə çevrilə bilər” – ÖZƏL AÇIQLAMA

Rusiya martın 11- qlobal internetlə əlaqəni tam kəsəcək. Rəsmi Kreml bunu 2019-cu ildə artıq sınaqdan keçirib. Bu müddət ərzində onlar dünya ilə əlaqəni kəsərək həyatlarına davam ediblər. Bəs Rusiyanın dünya ilə əlaqəsini kəsməsi hansı fəsadlara yol aça bilər?

KONKRET.az-ın sualını Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli cavablandırıb. O bildirib ki, belə bir qərarın verilməsini Rusiya tərəfi informasiya təhlükəsizliyi ilə izah edir: “Domenlər və saytların yerləşdiyi hostinglər Qərbin əlindədir. Hələ 2019-cu ildə gələcəkdə belə bir təhlükələrin olacağını düşünərək, bu istiqamədə test aparıblar. Söhbət daxili internetdən gedir. Bu halda Rusiya ümumi qlobal internet şəbəkəsindən ayrıla bilər. Amma bu prosesin daxildə necə olacağı sual altındadır. Çünki “Seneqal” konfransından sonra Birləşmiş Ştatlar qlobal internet sistemini təkbaşına idarə edir. Rusiyanın ayın 11-də həqiqətən də qlobal internetdən imtina prosesi baş verərsə, bu, rəsmi Kreml üçün fəlakətə çevrilə bilər”.

Əziz Əlibəyli – Yenicag.Az

Əziz Əlibəyli əlavə edib ki, internet şəbəkə ilə bağlı bütün nəzarət ABŞ-ın əlindədir: “Müharibənin ilkin dönəmlərində Qərb tərəfindən təkcə Rusiyaya ötürüləcək internet xəttinin deyil, çiplərin də məhdudlaşdırılılacağı və ümumiyyətlə verilməyəcəyi ilə bağlı fikirlər səsləndirilirdi. Bu məsələni nəzərə alsaq, Rusiyanın belə bir addım atacağı real görünür. Amma Rusiyanın hansı resurslar hesabına daxili interneti təmin edəcəyi ilə bağlı məsələ qaranlıqdır”.

Müşviq Tofiqoğlu,

KONKRET.az   

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*