Bu şagirdlər üçün milli qiymətləndirmə keçiriləcək- RƏSMİbackend

Bu şagirdlər üçün milli qiymətləndirmə keçiriləcək- RƏSMİ

5-12 mart tarixlərində III, VI və VII sinif şagirdləri arasında milli qiymətləndirmə təşkil ediləcək.

KONKRET.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məqsəd ümumi təhsil pilləsində keyfiyyət göstəricilərini müəyyən etməkdir.

7000-ə yaxın şagirdin iştirakı ilə nəzərdə tutulan milli qiymətləndirmə əyani formada təşkil olunacaq. Qiymətləndirmə COVID-19 pandemiyasının tələb etdiyi gigiyenik şərtlərə uyğun olaraq ölkənin təsadüfi seçilmiş 20 regionunda keçiriləcək.

Qeyd edək ki, milli qiymətləndirmənin nəticəsi şagirdlərin məktəbdaxili qiymətləndirmə üzrə nəticələrinə təsir göstərmir. Bu qiymətləndirmə tədqiqat xarakteri daşıyır və tədris ili ərzində mütəmadi təşkil olunacaq. Tədqiqatın nəticələri əsasında şagirdlərə dəstək üsulları hazırlanacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*