Bu şəhərdə əhali təcili evakuasiya olundubackend

Bu şəhərdə əhali təcili evakuasiya olundu

İtaliyanın dənizkənarı şəhərlərindən biri olan Brindizidə İkinci Dünya müharibəsi zamanı basdırılmış və Böyük Britaniyaya məxsus 40 kiloqramlıq dinamit yatağı aşkarlanıb.

KONKRET.az xəbər verir ki, dekabrın 15-də şəhər rəhbərliyi və ölkənin təhlükəsizlik orqanlarının qərarı ilə şəhər əhalisinin yarıdan çoxu, 50 mindən çox insan təcili evakuasiya olunub.

Bomba mütəxəssisləri tapıntını çıxararaq zərərsizləşdiriblər. Bu hadisə İtaliya tarixində İkinci Dünya müharibəsindən sonra ikinci belə böyük əməliyyatdır.

Sözügedən bomba müharibə zamanı Böyük Britaniya hərbi qüvvələri tərəfindən atılıb. O, şəhər kinoteatrının yenidən qurulması zamanı təsadüfən aşkarlanıb. Çıxarılmış dinamitlər 3 gün sonra xüsusi ayrılmış ərazidə partladılacaq.

Aygün Əliyeva

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*