Bu şəxslər əsgər aparılacaq – Qanunda dəyişiklikbackend

Bu şəxslər əsgər aparılacaq - Qanunda dəyişiklik

Müvəffəqiyyətsizliklərinə, təhsillərini davam etdirmək istəmədiklərinə və ya intizamsızlıqlarına görə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrindən xaric edilən kursantlarla yanaşı xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrindən xaric edilən kursantların da müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə göndərilməsi təklif edilir.

KONKRET.az xəbər verir ki, bu, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Sənəddə, habelə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsil sisteminin təkmilləşdirilməsi, tələbələrin həmin təhsil müəssisələrinə daxil olmaqda marağının artırılması məqsədilə gizirlərin və miçmanların tutmalı olduqları vəzifələrin həmçinin hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrini bitirmiş hərbi qulluqçularla komplektləşdirilməsi təklif edilir. Layihədə bir sıra digər dəyişikliklər də nəzərdə tutulur.

Layihə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə edilib.

  • Elcin
    Oktyabr 6, 2024 - 21:56

    Təklif edirəm ki aile veziyeti ile ehtiyata buraxılmış hərbi qulluqçulara şərait yaratsınlar ki xidmətə qayıtsınlar çünki şəxsən məni heçbir cinayet mesuliyetim olmayıb və dəfələrlə fəxri fərmanla təltif olunmuşam ancaq mənə 10gunluk mezuniyet vermədikləri üçün mecbur olub aile veziyeti ile texris olmuşam ve mənə 156e bendi veriblər bu nə dərəcədə doğrudur. Dagsaraitine kamaz markalı döyüş texnikasını mən idare edirdim ancaq eziyetinizi yerə vurdular

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*