Bu şəxslər koronavirusun yayılmasını sürətləndirir – VİDEObackend

Bu şəxslər koronavirusun yayılmasını sürətləndirir - VİDEO

Xəstəliyi yüngül formada keçirən insanlar daşıyıcı kimi virusun yayılmasını sürətləndirir.

KONKRET.az xəbər verir ki, bu fikirləri həkim infeksionist Natiq Əliyev deyib.

“Bəzi hallarda xəstələr COVID 19 – a yoluxsalar da bu xəstəliyi simptomsuz keçirir. Belə vətəndaşlar özləri də bilmədən ətrafındakı insanlar arasında virusu yaymış olur. Nəticədə bir xəstə gün ərzində onlarla insanı yoluxdurmuş olur”, – həkim bildirib.

Onun sözlərinə görə, vaksinin hər iki dozasını vurduran şəxslər də xəstəliyi yüngül keçirir:

“Bu şəxslər yenidən yoluxduqda digər insanlar üçün artıq daşıyıcı olurlar. Həkimlər vətəndaşları virusun yayıldığı ilk günlərdə olduğu kimi qaydalara əməl etməyə çağırır. Yoluxma sayının artması virusun yenidən alovlanmasına və təkrar qapanmalara səbəb ola bilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*