Bu şirkətlər ölkəmizdə enerji layihələrində iştirak etmək istəyirbackend

Bu şirkətlər ölkəmizdə enerji layihələrində iştirak etmək istəyir

Energetika naziri Pərviz Şahbazov “Neqsol Holding” şirkətinin baş icraçı direktoru Yusif Cabbarov və “Nobel Oil” şirkətinin baş icraçı direktoru Vüqar Səmədlini qəbul edib.

Energetika Nazirliyindən KONKRET.az-a verilən məlumata görə, görüşdə şirkətlər, onların fəaliyyət sahələri, beynəlxalq bazarlarda gerçəkləşdirilən layihələri, gələcək planları haqqında məlumat verilib, Azərbaycanda, xüsusi ilə işğaldan azad edilmiş ərazilərimizdə bərpa olunan enerji layihələrində iştirakla bağlı maraq ifadə edilib.

Energetika sahəsində müxtəlif istiqamətlərdə, o cümlədən “yaşıl enerji”dən istifadənin genişləndirilməsi üzrə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*