“Bu ssenarinin həyata keçirilməsi Moskvanın diqqətini Ukraynadan yayındıracaq” – Con Boltonbackend

“Bu ssenarinin həyata keçirilməsi Moskvanın diqqətini Ukraynadan yayındıracaq” – Con Bolton

“Birləşmiş Ştatlar “Rusiya Prezidenti Vladimir Putinin postsovet məkanında apardığı makrostrateji siyasətə” cavab olaraq bu ərazilərdə davam edən münaqişələri həll etməyə başlamalıdır”.

KONKRET.az xəbər verir ki, bu fikirləri ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton səsləndirib:

“Siyasi prioritetlərdən biri Rusiyadan tamamilə asılı olan Dnestryanı bölgənin məhv edilməsi olmalıdır. Digər məqam beynəlxalq ictimaiyyətin Gürcüstanın işğal olunmuş əyalətlərinə, Abxaziya və Cənubi Osetiyaya artan diqqəti ola bilər” – Bolton vurğulayıb.

O əlavə edib ki, bu ssenarinin həyata keçirilməsi Moskvanın diqqətini Ukraynadan yayındırmağa kömək edəcək. keçmiş müşavir əmindir ki, yalnız NATO rıçaqlarından istifadə edən qlobal strategiya “bütün postsovet məkanında uzunmüddətli siyasət aparan Putinə müqavimət göstərə bilər.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*