Bu sürücülər yola çıxmasınlar – DYP-dən MÜRACİƏTbackend

Bu sürücülər yola çıxmasınlar - DYP-dən MÜRACİƏT

Baş Dövlət Yol Polisi (DYP) İdarəsi sürücülərə müraciət edib.

İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenatı Namidan Piriyev KONKRET.az-a bildirib ki, yolların buz bağlaması səbəbindən hər iki oxu aparıcı olan, qış şinləri ilə təchis olunan nəqliyyat vasitələrindən istifadə etmək tövsiyə edilir.

“Eyni zamanda sürücülər yollarda hərəkətdə olarkən sürət həddini minimuma endirsinlər, normadan artıq ara məsafəsi saxlasınlar ki, qəfil dayanmaq lazım olanda toqquşmanın qarşısını almaq mümkün olsun.

Bundan başqa, tövsiyə edirik ki, belə hava şəraitində, qarlı-buzlu yollarda nəqliyyat vasitələrini idarə etmək təcrübəsi olmayan sürücülər yola çıxmasınlar. Həm özləri, həm də digər hərəkət iştirakçıları üçün təhlükə yaratmasınlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*