Bu təbii qidalar stresi məhv edir – Psixobiotik dietabackend

Bu təbii qidalar stresi məhv edir - Psixobiotik dieta

Fermentləşdirilmiş istənilən qida stresin əsl düşmənidir.

KONKRET.az xəbər verir ki, dietoloq həkim Vasilisa Ponomaryova əsas 3 qidanı açıqlayıb.

“Kefir, təbii yoqurt, duza qoyulmuş kələm və kimçi təbii formada stresi azalda bilər.

Alimlər elmi tədqiqatla bu məhsulların müxtəlif yaş qrupunda insanlara təsirini araşdırıb.

Psixobiotik dieta belədir.

– Hər gün prebiotik lifli qidalardan 2-dən 100 qram yemək – banan, paxla, kələm

– Fermentləşdirilmiş qida – kefir, yoqurt, duza qoyulmuş kələm və suyu

4 həftəlik nəticə göstərib ki, bu qidalanmaya əməl edən qrup daha az əsəbi olub, şən olub, yaxşı yatıblar.

Alimlər bunu bağırsaqların beyinə təsiri ilə əlaqələndirir.

Bağırsaq və beyin neyronları bir-birinə siqnal ötürür. Bu qrup qidalar isə bağırsaq mikroflorasını yaxşılaşdırır, həzmi asanlaşdırır, faydalı bakteriyaları artırır.

Xoşbəxtlik hormonu da bağırsaqlarda hasil olur”/medicina.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*