Bu tətbiqlə işlərimizi evdən HƏLL EDƏCƏYİKbackend

Bu tətbiqlə işlərimizi evdən HƏLL EDƏCƏYİK

“Planımız 2025-ci ilədək ölkəni tam əhatə etməkdir. Təkcə şəbəkələşmə ilə yekunlaşmayacağıq. Xidmətlərin çeşidləri və keyfiyyətinin daim artırılması üzərində iş aparılacaq”.

KONKRET.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev REAL-a müsahibəsində deyib.

“Virtual DOST tətbiqini də hazırlayırıq. İlin sonunadək o da istifadəyə veriləcək. Bu tətbiq hər hansı bir mərkəzə getmədən, onlayn qaydada DOST xidmətlərini almaq imkanı yaradacaq.

Bundan başqa, DOST mexanizmi çərivəsində mediasiya mərkəzlərinin yaradılmasını planlaşdırırıq. Burada əmək münasibətləri üzrə mediasiya xidmətləri göstəriləcək.

DOST mərkəzlərində sosial-psixoloji xidmətlərin əhatə dairəsi genişləndiriləcək. İnsanlara sosial-psixoloji dəstək xidmətlərini həm çağrı, həm əyani qaydada göstəriləcək”, – nazir qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*