SWIFT banklararası köçürmə sisteminə əsasən, iyul ayında dünyanın ən populyar valyutaları müəyyənləşib.
KONKRET.az-ın SWIFT-in materiallarına istinadən verdiyi məlumata görə, iyul ayında reytinqin liderləri dəyişməyib. Belə ki, birinci yeri ABŞ dolları tutub (39,38% pay ilə), bu valyutanın payı həm illik, həm də aylıq nisbətdə bir qədər azalıb. İkinci yerdə avro (38,43%) qərarlaşıb. Avropa valyutasının payı illik ifadədə 5 faiz bəndinə yaxın artıb, lakin aylıq ifadədə bir qədər azalıb. Siyahının üçüncü yerində də ənənəvi olaraq Britaniya funt sterlinqi (5,99%) qərarlaşıb. İlk beşliyə Yaponiya yeni (2,74%) və Çin yuanı (2,19%) da daxil olub.
Siyahıda ümumilikdə 20 ölkənin valyutası yer alıb. apa
Dünyanın ən populyar valyutaları:
| # | Valyuta | Payı, % |
| 1 | ABŞ dolları | 39,38 |
| 2 | Avro | 38,43 |
| 3 | Britaniya funt | 5,99 |
| 4 | Yaponiya yeni | 2,74 |
| 5 | Çin yuanı | 2,19 |
| 6 | Kanada dolları | 1,65 |
| 7 | Avstraliya dolları | 1,33 |
| 8 | Honkonq dolları | 1,25 |
| 9 | Sinqapur dolları | 0,95 |
| 10 | Tailand batı | 0,75 |
| 11 | İsveç kronu | 0,66 |
| 12 | İsveçrə frankı | 0,63 |
| 13 | Norveç kronu | 0,63 |
| 14 | Polşa zlotısı | 0,52 |
| 15 | Malayziya rinqqiti | 0,33 |
| 16 | Danimarka kronu | 0,33 |
| 17 | Cənubi Afrika randı | 0,29 |
| 18 | Yeni Zelandiya dolları | 0,27 |
| 19 | Meksika pesosu | 0,22 |
| 20 | Rusiya rublu | 0,18 |
