Bu vəkillər CƏRİMƏLƏNƏCƏK – Milli Məclis RAZILIQ VERDİbackend

Bu vəkillər CƏRİMƏLƏNƏCƏK - Milli Məclis RAZILIQ VERDİ

Milli Məclisin növbədənkənar sessiyasının iclasında Mülki Prosessual Məcəlləyə dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.

KONKRET.az xəbər verir ki, layihədə Məcəlləyə yeni – 174.5-ci maddə əlavə edilir.

Yeni maddəyə əsasən, məhkəmə açıq-aşkar əsassız vəsatət və şikayətlər verən, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən tərəfi, onun nümayəndəsini və ya vəkilini 500 manatadək cərimə edə bilər.

Cərimənin məbləği məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilməlidir.

Dəyişiklik layihəsi müzakirələrdən sonra qəbul edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*