“Buçadakı kütləvi məzarlıqda tapılan cəsədlər mülki şəxslərə məxsusdur”- Andrey Nebitovbackend

"Buçadakı kütləvi məzarlıqda tapılan cəsədlər mülki şəxslərə məxsusdur"- Andrey Nebitov

“Buçadakı kütləvi məzarlıqda tapılan 40 cəsəd mülki şəxslərə məxsusdur”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bunu Kiyev vilayət polisinin rəhbəri Andrey Nebitov bildirib.

Açıqlamada Kiyev vilayət polisinin cümə günü mülki şəxslərin dəfn olunduğu kütləvi məzarlıqlardan birində araşdırma apardığı qeyd edilib. Araşdırma nəticəsində məzarlıqda tapılan 40 cəsədin hamısının müqavimət göstərməyən mülki şəxslərə aid olduğu məlum olub.

Rus ordusunun Buçada mütəmadi olaraq mülki əhaliyə atəş açdığını bildirən Nebitov, rus qüvvələri tərəfindən öldürülənlər arasında yaşları 40-60 arasında olan kişi və qadınların da olduğunu bildirib.

Nebitov qeyd edib ki, meyitlərin başında və bədən hissələrində güllə yaraları aşkar edilib. Məhkəmə-tibb ekspertlərinin verdiyi ilk rəyə əsasən avtomat silah və ya snayper tüfəngindən atəş açıldığı məlum olub.

 

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*