Macarıstanın Baş naziri Viktor Orban ölkədə NATO qoşunlarının yerləşdirilməsinə icazə verilməsi ilə bağlı qərar imzalayıb.
KONKRET.az Bloomberg-ə istinadən xəbər verir ki, sənəddə həmçinin hökumətin Macarıstan üzərindən Ukraynaya ölümcül silahların daşınmasına qadağa qoyduğunu təsdiqlənib.
Qeyd edək ki, NATO-ya üzv bir çox Şərqi Avropa ölkəsindən fərqli olaraq Orban hökuməti kifayət qədər resursa sahib olduğunu əsas gətirərək NATO-ya şərq sərhədlərinin müdafiəsi üçün müraciət etməyib.
