Baş nazirin sabiq müavini Abid Şərifovun nəvəsi Nicat Mahmudovun Şəkidə hotel kompleksi tikməsi ilə bağlı məlumat yayılıb.
KONKRET.az xəbər verir ki, unikal.org-a açıqlama verən Abid Şərifov faktı təsdiqləyib.
O, bildirib ki, Şəki şəhər icra hakimiyyəti tərəfindən istismara verilən “Şəki Park” hoteli nəvəsinə məxsusdur:
“Nicat mənim qızımın oğludur. Şəkidə tikinti edib. Amma ona hotel demək olmaz. Üçmərtəbəli yataqxana tipli bir yerdir. Yazıldığı qədər böyük bir kompleks deyil. Bunu böyütmək nəyə lazımdır?”
Qeyd edək ki, “Şəki Park” hotel dördmərtəbəli binadan və ümumi sahəsi 5200 kvadrat metrdən çox olan 1, 2 və 3 otaqlı koteclərdən ibarətdir. Burada qapalı və açıq restoranlar, voleybol meydançası, tennis kortu, açıq hovuz və bir çox digər istirahət obyektləri var.

Abiri,heyasi olmayan,vezife ucun ozu basda olmaqla butun nesli ayaq yalamaga hazir mexluqabenzerler sinifinin bariz numunesi.