“Burada hər şey qaydasındadır, ərzaq boldur” – Qarabağ ermənisi – VİDEObackend

"Burada hər şey qaydasındadır, ərzaq boldur" - Qarabağ ermənisi - VİDEO

“Qarabağda hər şey yaxşıdır, bizdə hər şey qaydasındadır”.

KONKRET.az xəbər verir ki, bu barədə Qarabağın erməni sakini gürcü bloger Tako Tamunanın YouTube kanalında məlumat verib.

“Mən Qarabağdayam. Görürəm ki, burada hər şey yaxşıdır, hər şey var. İnsanlar belə yaşayıb, yenə yaşayırlar. Sizi əmin edirəm ki, burada hər şey qaydasındadır.

Humanitar yardımlar gəlir. Hamısı bol, sizi əmin edirəm. Mən Xankəndidə yaşayıram. Hal-hazırda, bu gün tərəvəz, kartof, yemək üçün lazım olan hər şey var.

Canlı yayım zamanı Qarabağ bölgəsində yaşamayan hərbçi Arman sübut etməyə çalışıb ki, guya Qarabağda çətin humanitar vəziyyət yaranıb.

Lakin məlum səbəblərdən adının çəkilməsini istəməyən Qarabağ erməniləri dəfələrlə bu açıqlamaları təkzib ediblər.

Daha ətraflı videoda:

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*