Burun əməliyyatından sonra komaya düşən qadına görə araşdırma başladıbackend

Burun əməliyyatından sonra komaya düşən qadına görə araşdırma başladı

Burun əməliyyatı etdirən 30 yaşlı Nəzrin Mansurovanın komaya düşməsi barədə araşdırma başlayıb.

KONKRET.az xəbər verir ki, fakt Nəsimi Rayon Prokurorluğunda araşdırılır.

Nəzrin Mansurovanın müalicə aldığı xəstəxanadan bildirilib ki, hazırda xəstənin vəziyyəti ilə bağlı heç bir dəyişiklik yoxdur:

“Xəstə Nəzrin Mansurova yanvarın 5-də də “Liv Bona Dea” hospitalın reanimasiya şöbəsinə kritik vəziyyətdə daxil olub. Hazırda vəziyyəti ağır olaraq davam edir. Xəstə süni-tənəffüs aparatına qoşulub, intensiv müaicə və müşahidə davam etdirilir”.

Qeyd edək ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində baş vermiş faktın araşdırılması ilə bağlı yoxlama başlanılıb.

Xatırladaq ki, sosial şəbəkədə burun çəpərindəki əyriliyi aradan qaldırmaq üçün əməliyyata girən N.Mansurova sonradan komaya düşüb. İddia olunur ki, onun beyninə çirk yayılıb.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*