Buxarestdə naməlum şəxs avtomobilini Rusiya səfirliyinin hasarına çırpıb.
KONKRET.az xəbər verir ki, avtomobil Rusiyanın Buxarestdəki səfirliyinin hasarına çırpılıb, toqquşmadan sonra avtomobil yanıb, sürücü ölüb.
Hadisə kriminoloqlar tərəfindən araşdırılır.
Buxarestdə naməlum şəxs avtomobili Rusiya səfirliyinin hasarına sürüb
Yerli KİV-in xəbər verir ki, qəza səhər saat 6:30 radələrində baş verib. İlkin məlumatlara görə, bu, planlaşdırılmış aksiya olub.
Bildirilir ki, sürücü maşını hasara yönəltməzdən əvvəl səfirliyin mühafizəçilərinə qışqıraraq nəsə deyib.
Xuraman Etibarlı,
KONKRET.az
