Casus Asryanın bu AÇIQLAMASI Ermənistanda şok effetki yaratdı – “Ləğv olunmalıdır!”backend

Casus Asryanın bu AÇIQLAMASI Ermənistanda şok effetki yaratdı - "Ləğv olunmalıdır!"

Bu il martın 1-də 24 noyabr 2017-ci il tarixində Brüsseldə imzalanmış Ermənistan və Avropa Birliyi (AB) arasında Genişləndirilmiş Tərəfdaşlıq haqqında Hərtərəfli Saziş qüvvəyə minib.

KONKRET.az xəbər verir ki, bu barədə “Erməni Qartalları” Partiyası sədrinin açıqlamasında deyilir. Açıqlamanın əsas müəllifi Xaçik Asryan bildirib ki, bu müqavilə müxtəlif sahələrdə əməkdaşlığı əhatə edir: təhlükəsizlik, iqtisadiyyat, kənd təsərrüfatı, infrastruktur, ətraf mühit, iqlim, təhsil və elm, mədəniyyət, səhiyyə.

“Əslində bu razılaşma ilə Avropa Birliyi göstərilən sahələr üzərində dəqiq nəzarətini həyata keçirəcək. Bununla da Ermənistan bütün məsələlərdə Avropanın təlimatlarına tabe olacaq. Bu, müqavilənin şərtlərindən irəli gəlir. Bununla da Ermənistan və erməni xalqı öz tarixini, dilini, dinini, mədəniyyətini inkar etməkdə və milli kimliyi ilə heç bir əlaqəsi olmayan əxlaqın kök atmasında özünü göstərən Avropa standartlarının dağıdıcı təsirinə məruz qalacaq. Ona görə də erməni xalqı kollektiv iradəsi ilə milli kimliyimizi məhv edəcək azğın Avropa mənəviyyatından imtina etməlidir. Xalqımız çoxdan mədəni seçimini edib, mədəniyyətimiz, adət-ənənələrimiz, dəyərlərimizlə əsas müttəfiqimiz olan Rusiyaya, rus xalqına yaxın olmalıyıq. Bu birliyi sarsıdan hər kəsə qarşı birləşməliyik.

Ermənistanın keçmiş və hazırkı hakimiyyət orqanları tərəfindən Avropa əxlaqının məcburi və süni şəkildə tətbiqi dağıdıcılıqdır. Partiya olaraq tələb edirik ki, milli-dövlət mənafelərinə uyğun gəlmədiyi üçün Avropa Birliyi ilə müqaviləni dərhal ləğv etməliyik.

Mövcud türkyönlü hökumət tələbimizi yerinə yetirməsə və Qərb ağalarının əmrlərini yerinə yetirməyə davam edərsə, Avropa Birliyi ilə imzalanan bu arzuolunmaz razılaşma Ermənistanın növbəti milli-xristian hökuməti tərəfindən ləğv ediləcək və Ermənistanda milli-xristian dəyərlər sistemi yaradılacaq”.

Qeyd edək ki, Ermənistanda Xaçik Asryanı rus casus şəbəkəsinin əsas üzvlərindən biri hesab edənlər də var.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*