Casus proqramının qurbanı olan prezidentlərin SİYAHISIbackend

Casus proqramının qurbanı olan prezidentlərin SİYAHISI

14 dövlət və hökumət başçısının telefonu “Pegasus” casus proqramının qurbanı olub.

KONKRET.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzeti məlumat yayıb.

Qəzet qeyd edir ki, yüzlərlə siyasətçi və dövlət məmuru İsrail firması NSO tərəfindən hazırlanmış casus proqramının hədəfinə çevrilib.

Bunlar arasında üç prezident, 10 baş nazir və bir kral var.

Sözügedən siyahıda hazırda fəaliyyətini davam etdirən 3 prezident var. Bunlar Fransa Prezidenti Emmanuel Makron, İraq Prezidenti Bərham Saleh, Cənubi Afrika lideri Siril Ramafosdur. Həmçinin, Pakistan Baş naziri İmran Xan, Misir Baş naziri Mustafa Madbuli və Mərakeş hökumətinin rəhbəri Səad Əddin əl-Osmani də izlənilənlər siyahısındadır.

Siyahıda vaxtilə baş nazir olmuş şəxslər də yer alıb: Əhməd Obeyid Daqr (Yəmən), Səad Həriri (Livan), Ruhakana Ruqunda (Uqanda), Eduard Filip (Fransa), Bakitzxan Sagintayev (Qazaxıstan), Nurəddin Bedoui (Əlcəzair) və Karles Mişel (Belçika). Bununla yanaşı, Mərakeş Kralı VI Məhəmməd də casus proqramının qurbanı olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*