Çavuşoğlu: “Bakısız heç bir qərar verməyəcəyik”backend

Çavuşoğlu: "Bakısız heç bir qərar verməyəcəyik"

İrəvanla münasibətlərin normallaşdırılması üçün istənilən addım Ankara tərəfindən Bakı ilə birgə müzakirə edilib qəbul olunacaq.

KONKRET.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, Ankara İrəvanın münasibətlərin normallaşdırılması haqqında bəyanatını müsbət qəbul edir, amma hələlik bununla bağlı konkret planı yoxdur:

“Ermənistanla münasibətlərin normallaşdırılması planı hələlik yoxdur. Paşinyan bəyanat verib, biz onları müsbət qəbul edirik. Azərbaycan Ermənistana sülh razılaşması haqqında təklif verib. Hələlik Ermənistandan müsbət cavab gəlməyib. Lakin biz istənilən addımı Azərbaycanla müştərək müzakirə edib, qəbul edəcəyik”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*