Çavuşoğlu-Kuleba görüşündə bu məsələlər MÜZAKİRƏ OLUNDUbackend

Çavuşoğlu-Kuleba görüşündə bu məsələlər MÜZAKİRƏ OLUNDU

“Ukrayna və Türkiyə xarici işlər nazirləri Dmitro Kuleba və Mövlud Çavuşoğlu Rusiyanın hücumlarını dayandırmaq üçün atılacaq addımları müzakirə ediblər”.

KONKRET.az UNIAN-a istindən xəbər verir ki, bu barədə Ukrayna XİN məlumat yayıb.

“Ukrayna XİN rəhbəri siyasi və humanitar yardıma görə türkiyəli həmkarına təşəkkür edib. O, həmçinin mövcud vəziyyət barədə Mövlud Çavuşoğlununa məlumat verib”, – nazirlikdən qeyd olunub.

XİN-dən bildirilib ki, ikitərəfli görüş zamanı D.Kuleba Ukraynanın tələblərini M.Çavuşoğlunun diqqətinə çatdırıb. O qeyd edib ki, dərhal atəşkəs elan edilməlidir. Bundan başqa, Rusiya qoşunları Ukraynadan çıxmalı, Mariupol, Xarkov, Sumı, Volnovaxa və Ukraynanın digər şəhərlərində humanitar vəziyyət yaxşılaşdırılmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*