Türkiyənin Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs rejimini kobudcasına pozaraq, yenidən Gəncə şəhərini raket atəşinə tutması ilə bağlı rəsmi “Twitter” hesabında paylaşım edib.
KONKRET.az xəbər verir ki, paylaşımda deyilir:
“Cəbhə xəttində qəhrəman Azərbaycan ordusunun qarşısından qaçan Ermənistan bir daha namərdcəsinə və qorxaqcasına Gəncədə mülki yaşayış yerlərini raketlə vurdu. Qardaş Azərbaycan bu alçaqlığa cavabı cəbhədə verir”.
https://twitter.com/tcsavunma/status/1317361773280940033/photo/1
