Cəlilabad şəhərində baş verən qəzada 3 nəfər xəsarət aldıbackend

Cəlilabad şəhərində baş verən qəzada 3 nəfər xəsarət aldı

Cəlilabadda yol nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, Cəlilabad şəhərin Silsilə deyilən ərazidə qeydə alınan qəzada “Pajero” markalı və “VAZ 2107” markalı minik avtomobilləri toqquşub.

Ağır qəzada 3 nəfər rayon sakini, 1992-ci il təvəllüdlü Elxan Quluzadə, 1991-ci il təvəllüdlü Orxan Hüseynzadə və 1995-ci il təvəllüdlü Əsgər Quliyev xəsarət alıb.

Xəsarət alanlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.//Apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*