Cəlilabadda baş verən qəzalarda iki nəfər xəsarət aldıbackend

Cəlilabadda baş verən qəzalarda iki nəfər xəsarət aldı

Cəlilabadda yol-nəqliyyat hadisələri baş verib.

KONKRET.az xəbər verir ki, yol-nəqliyyat hadisələrindən biri rayonunun Gülməmmədli kəndində qeydə alınıb. Avtoqəza nəticəsində 1973-cü il təvəllüdlü Fərhad Hüseynov xəsarət alıb.

Digər hadisə nəticəsində 2002-ci il təvəllüdlü Məhəmməd Amanov xəsarət alıb. M.Amanovun motosikletin aşması nəticəsində xəsarət aldığı bildirilir.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və onlara ilkin tibbi yardım göstərilib.

Hər iki faktla bağlı araşdırma aparılır.//Apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*