Cəlilabadda yol qəzası oldu, xəsarət alanlar varbackend

Cəlilabadda yol qəzası oldu, xəsarət alanlar var

Cəlilabad rayonunda iki minik avtomobili toqquşub, üç nəfər xəsarət alıb.

KONKRET.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Suluçeşmə kəndi ərazisində qeydə alınıb.

Hadisə zamanı “VAZ-2107” və “Mercedes” markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində 1966-ci il təvəllüdlü Ə.Süleymanov, 1985-ci il təvəllüdlü A.Mənsimov, 2007-ci il təvəllüdlü D.Mənsimova xəsarət alıb. Yaralılar rayon xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*