“Cəmi iki günə Şuşanı əliyalın azad etdik” – Prezidentbackend

"Cəmi iki günə Şuşanı əliyalın azad etdik” - Prezident

“Bizim igidlərimiz Şuşanı əliyalın götürdülər”.

KONKRET.az xəbər verir ki, bunu Prezident İlham Əliyev iyulun 14-də Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlilləri ilə görüşdə çıxışında deyib.

Dövlət başçısı bildirib ki, ermənilər görəndə ki, biz artıq Şuşaya yaxınlaşmışıq, panikaya düşüblər: “Biz bilirdik ki, onlar nə fikirdədirlər. İnana bilmirdilər. Bir-birinə xəbər ötürürdülər, bir-birinin xəbərlərini yalanlayırdılar ki, ola bilməz. Necə keçdilər? İndi Zəfər yolunu biz çəkmişik. Demək olar ki, indi bir-iki aya asfalt da döşənəcək. Mən adını da Zəfər yolu qoydum. Çünki əvvəllər ona xidməti yol demək istəyirdilər, çünki əsas böyük yol trasdan keçəcəkdi. Dedim, bu, Zəfər yoludur, çünki biz bu yoldan keçərək Şuşanı azad etdik. İndi oraya gedən, o yolla gedən hər kəs məəttəl qalır ki, necə oradan keçmək olar? Keçmək, özü də silahla, pulemyotla, bütün geyimlə keçmək. Özü də bir gün yox, iki gün yox, neçə gündür biz bilirik. Sonra o sıldırım qayaları dırmaşmaq… Orada ermənilərin tankları da, topları da var idi. Cəmi iki günə, iki gün yarıma Şuşanı əliyalın azad etdik. Budur, Vətən sevgisi, qəhrəmanlıq budur. Fəxr edirik sizinlə”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*