Cənubi Karolina ştatında güllələnmə üsulu ilə ilk edam GERÇƏLƏŞƏCƏKbackend

Cənubi Karolina ştatında güllələnmə üsulu ilə ilk edam GERÇƏLƏŞƏCƏK

ABŞ-ın Cənubi Karolina ştatında edam məhbusları üçün güllələnmə variantının qüvvəyə minməsindən sonra ilk edam bu ay həyata keçiriləcək.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Cənubi Karolina Penitensiar Müəssisəsi yazılı açıqlamada bildirib.

Bəyanatda deyilir ki, edam cəzasına məhkum edilmiş Riçard Bernard Mur bu gün hökmdən xəbərdar olacaq və 29 apreldə edam ediləcək.

Xatırladaq ki, 2021-ci ilin may ayında Cənubi Karolina güllələnmə ilə edamı təmin edən qanun qəbul edib.

Qeyd edək ki, ABŞ-da Cənubi Karolina, Missisipi, Oklahoma və Yuta ştatları güllələnmə edam üsulundan istifadə edir.

 

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*