Cənubi Koreya Ukraynaya hərbi yardım etməyə hazırlaşırbackend

Cənubi Koreya Ukraynaya hərbi yardım etməyə hazırlaşır

Cənubi Koreya prezidenti Yun Seok Yeolun sözlərinə görə, Seul Şimali Koreya qoşunlarının mümkün yerdəyişməsi ilə bağlı məlumatları nəzərə alaraq, münaqişə zonasında vəziyyətin inkişafından asılı olaraq Ukraynaya silah tədarük etmək qərarına gələ bilər.

KONKRET.az “Yonhap” agentliyinə istinadən xəbər verir ki, Cənubi Koreya  liderinin sözlərinə görə Şimali Koreya Ukraynadakı döyüş bölgəsinə xüsusi təyinatlılar göndərərsə onlar  Ukraynaya hər cür  dəstək verəcək: “Koreya yarımadasının təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlərin görülməsini nəzərdən keçirəcəyik”, – deyə o bildirib. Onun sözlərinə görə, indiyədək Seul Kiyevə öldürücü silah verməkdən çəkinib, lakin bu gün Cənubi Koreya hakimiyyəti bu məsələyə yenidən baxmağa hazırdır.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*