“Çernobıl AES-də vəziyyət təhlükəlidir” – Podolyakbackend

“Çernobıl AES-də vəziyyət təhlükəlidir" - Podolyak

“Çernobıl AES-də vəziyyət təhlükəlidir. Stansiya enerjisiz qalıb. İndi orada nə baş verdiyini kimsə bilmir”.

KONKRET.az UNİAN-a istinadən xəbər verir ki, bu fikirləri Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak deyib.

“Bu, bütün Avropa üçün təhlükədir. Həmçinin Rusiyanın özünə də təhdid yaradır. Beynəlxalq ictimaiyyət Rusiyaya təzyiqləri artırmalıdır”, – deyə o bildirib.

M.Podolyak vurğulayıb ki, rusların enerji bloklarını hədəf almaları təsadüfi deyil: “Çünki onlar orta əsrlərin döyüşlərini aparırlar”.

Xatırladaq ki, fevralın 24-də rus qoşunları Çernobıl Atom Elektrik Stansiyasının bütün obyektlərinə nəzarəti ələ keçirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*