Çernobıl AES-in enerjisi tamamilə kəsildibackend

Çernobıl AES-in enerjisi tamamilə kəsildi

Rusiya ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində Çernobıl Atom Elektrik Stansiyasının (Çernobıl AES) enerjisi tamamilə kəsilib.

KONKRET.az xəbər verir ki, bu barədə “Ukrenerqo” Milli Enerji Şirkətinin yaydığı məlumatda qeyd olunub.

“Döyüşlər davam etdiyindən hazırda Atom Elektrik Stansiyasında təmir işlərinin aparılması və elektrik enerjisinin verilişinin bərpası mümkünsüzdür. “Ukrenerqo” vəziyyəti izləyir və hər hansı dəyişiklik olarsa bu barədə əlavə məlumat veriləcək”, – məlumatda deyilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*