Bu gün Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov və Rusiyanın Xarici işlər naziri Sergey Lavrov arasında görüş keçirilb.
KONKRET.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Bildirilib ki, görüş zamanı ikitərəfli gündəliyin aktual məsələləri üzrə müzakirələr aparılıb.
Tərəflər, Ukraynada mövcud olan vəziyyət, Rusiya və Ukrayna arasında aparılan danışıqlar, məsələnin həlli yolları ətrafında fikir mübadiləsi aparıb.
Görüşdə nazirlər regionda mövcud olan cari vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası, işğal faktorun aradan qaldırılması ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün imkanların yaranması, kommunikasiya və nəqliyyat xətlərinin açılması, sərhədlərin delimitasiya prosesinə dair məsələlər ətrafında müzakirələr aparıblar.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
19:42
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.
KONKRET.az xəbər verir ki, görüş Antalya Diplomatiya Forumu çərçivəsində baş tutub.
Xarici işlər nazirləri bir sıra regional və beynəlxaql məsələlər müzakirə ediblər.

