Çin Ordusu ABŞ və Yaponiyaya Tayvana görə xəbərdarlıq edib.
KONKRET.az xəbər verir ki, bu barədə Çin Xalq Azadlıq Ordusunun nümayəndəsi bildirib. O deyib ki, ki, Tayvan məsələsinin kəskinləşməsi ilə əlaqədar Çin milli suverenliyini qorumaq üçün qəti addımlar atmağa hazırdır.
“ABŞ və Yaponiya Tayvan məsələsində nə qədər çox qabartsa, milli suverenliyi və ərazi bütövlüyünü qorumaq üçün bir o qədər sərt addımlar atacağıq”, – deyə ordu nümayəndəsi xəbərdarlıq edib.
Qeyd edək ki, Tayvanın müdafiə naziri Chiu Kuo-cheng bildirib ki, Çinlə hərbi əlaqələr son 40 ilin ən gərgin və ən pis dövrünü yaşayır.
Nazir Chiu Kuo-cheng də Çinin 2025-ci ilə qədər Tayvanı tamamilə işğal etmək qabiliyyətinə çatmasının mümkün olduğunu bildirib.
Xatırladaq ki, Tayvan birtərəfli qaydada müstəqilliyini elan edib. Çin isə adanı özündən kəsilmiş, lakin hələ də qanuni olaraq onun bir hissəsi kimi qəbul edir.
Xuraman Etibarlı,
KONKRET.az
